Fransa prezidentini öldürməklə təhdid edən şəxs 3 ay müddətinə azadlıqdan məhrum olunub

Fransa prezidentini öldürməklə təhdid edən şəxs 3 ay müddətinə azadlıqdan məhrum olunub
# 01 mart 2012 19:15 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Nikola Sarkozini öldürməklə təhdid edən 45 yaşlı Fransa sakini 3 ay müddətinə azadlıqdan məhrum olunub.

APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, o Sarkozini öldürəcəyi barədə Bordo polis idarəsinə mesajlar və Fransa prezidentinin ünvanına 10 məktub göndərib. Məktubda yazıb ki, Sarkozini öldürəcəyi müqabilində bir millin avro alacaq.
Polisin verdiyi xəbərə görə, bu şəxs məktubları alkoqolun təsiri altında yazıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR