Moskvada 16 nəfər etiraz aksiyası iştirakçıları həbs edilib

Moskvada 16 nəfər etiraz aksiyası iştirakçıları həbs edilib
# 07 fevral 2012 17:39 (UTC +04:00)
Bakı-APA. Moskvada Rusiya Mərkəzi Seçki Komissiyasının qarşısında icazəsiz keçirilən etiraz aksiyasının 16 iştirakçısı həbs olunub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, aksiyanı müxalif “Druqaya Rossiya” partiyası təşkil edib. Aksiya iştirakçıları “Diktaturanın qarşısını alaq” yazılı şüarı qaldırıblar, vərəqələr paylayıblar.
“Druqaya Rossiya” partiyası martın 4-də keçiriləcək prezident seçkilərinə qədər həftənin hər çərşənbə axşamı piket keçirmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR