Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ictimai müzakirə keçirilib - FOTO
15 mart 2012 09:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən hazırlanmış tədbirlər planı layihəsinin ictimai müzakirəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib ki, ölkə prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması ilə bağlı sərəncamında əhalinin rifahının mütərəqqi beynəlxalq normalara uyğun layiqli səviyyəyə çatdırılması, davamlı sosial tərəqqinin təmin edilməsi ölkə qarşısında əsas hədəflər kimi qeyd olunur: “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” bu hədəflərə nail olunmasına şərait yaratmaqla, insan hüquq və azadlıqlarının müdafiəsində yeni mərhələ açır”.
F.Məmmədov bildirib ki, proqramın 6 fəsli üzrə ümumilikdə 20-dən çox maddədə müəyyən edilən vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən tədbirlər planı hazırlanıb: “Nazirlik yanında qeyri-hökumət təşkilatlarının təmsil olunduğu ictimai şuranın iclaslarında sosial sahə ilə bağlı yeni qanunvericilik layihələri və tədbirlər planı geniş müzakirə edilib. Müzakirələr zamanı vətəndaş cəmiyyətlərinin rəy və təklifləri nəzərə alınıb”.
Nazirliyin Dövlət sosial təminat şöbəsinin müdiri Elnur Sultanov bildirib ki, adıçəkilən fəaliyyət planına əsasən, ölkədə işsiz, iş axtaran vətəndaşların sosial müdafiəsi, əlilliyi olan insanların, uşaqların, kimsəsiz uşaqların və ahılların sosial müdafiəsi ilə bağlı tədbirlərin daha geniş tərkibdə icrası və ixtisaslaşmış QHT-lərlə bu sahələrdə sıx işbirliyinin qurulması nəzərdə tutulur.

Sosial
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO
17:26
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024