Qəbələdə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi”mövzusunda regional müşavirə keçirilib
24 may 2012 00:09 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Fövqəladə Hallar Nazirliyinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib. APA-nın məlumatına görə tədbirdə yay mövsümündə taxıl, ot, dənli və texniki bitkilərin biçini zamanı, eləcə də meşə sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması yolları barədə məlumat verilib, “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsələsidir”, “Regionda dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran vəzifələr”, “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda məruzələr dinlənilib.
Yığıncaqda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Oğuz və Ağdaş rayonlarından olan kənd icra nümayəndələri və bələdiyyə sədrləri, fermerlər, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərləri, “Aqrolizinq” ASC-nin yerli şöbələrinin məsul şəxsləri çıxış edərək yay mövsümünə hazırlıq, taxıl və ot biçini zamanı, eləcə də meşələrdə yanğın hadisəsinin baş vermə səbəbləri, dəyən ziyan, hadisənin qarşısının alınması yolları, qabaqlayıcı tədbirlərin görülməsi üsulları, mövcud imkanlar, yaranan çətinliklər, texnikaların saz vəziyyətdə saxlanılmasının vacibliyi barədə məlumat veriblər. İrəli sürülən fikir və təkliflər təhlil edilib. Rayonlarda taxıl biçini kampaniyasını mütəşəkkil keçirmək və optimal müddətdə başa çatdırmaq, sahələri yanğın təhlükəsindən mühafizə etmək məqsədilə işçi qrupunun yaradılması qərara alınıb. Sonda tədbir iştirakçılarına yanğınsöndürmə balonlarının iş prinsipi barədə ətraflı məlumat verilib.

Sosial
Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki məhdudiyyətlər aradan qaldırılıb
19:06
29 may 2024
Ağdamın yeni təməli qoyulan kəndlərinə media-tur təşkil olunub
18:05
29 may 2024
Milli standartlaşdırma proqramının formalaşdırılması qaydası müəyyənləşib
17:24
29 may 2024
Xocalıya həyat qayıdır, şəhər yenidən dirçəlir - VİDEO - FOTO
17:02
29 may 2024