Ötən ay Azərbaycanda 2,4 milyon kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanda 2,4 milyon kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 10 iyul 2012 12:24 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı ANAMA-nın mütəxəssisləri tərəfindən 323 PHS və 27 ədəd piyada və 28 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ötən ay ölkədə 2 mina/PHS hadisəsi qeydə alınıb.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək ümumilikdə 195387440 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 672111 olub.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tovuz, Göygöl, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR