Kürdəmirin qaz təchizatında məhdudiyyətlər olacaq

Kürdəmirin qaz təchizatında məhdudiyyətlər olacaq
# 20 fevral 2012 14:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Sabah Kürdəmir şəhərinin qaz təminatında fasilələr olacaq. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, cari təmir işlərinin aparılması ilə əlaqədar, fevralın 21-də saat 09:00-dan 18:00-dək «Ağsu» qaz paylayıcı stansiyasından qidalanan «Kürdəmir» qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri zamanı rayonun Sığırlı kəndi istisna olmaqla Kürdəmir şəhərinə, ətraf kənd və qəsəbələrə mavi yanacağın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR