Azərbaycan Maliyyə Nazirliyi şəbəkə, kompüter avadanlıqları və proqram təminatının alınması üçün tender keçir

Azərbaycan Maliyyə Nazirliyi şəbəkə, kompüter avadanlıqları və proqram təminatının alınması üçün tender keçir
# 14 avqust 2012 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi üçün şəbəkə, kompüter avadanlıqları və proqram təminatının satın alınması məqsədilə tender elan olunub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tender üç lot üzrə keçirilir. Birinci lot Maliyyə Nazirliyinin daxili kommunikasiya sistemi və rəqəmsal ATS üçün proqram təminatı və şəbəkə avadanlıqlarının alınması, ikinci lot Nazirliyin aparatı üçün kompüter avadanlıqları və lisenziyalı əməliyyat sistemlərinin alınması, üçüncü lot isə Maliyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi arasında mövcud olan kommunikasiya sistemi üçün şəbəkə avadanlıqlarının alınması və quraşdırılmasından ibarətdir. Tenderdə iştirak etmək istəyənlər birinci lot üzrə 300 manat, ikinci lot üzrə 100 manat, üçüncü lot üzrə isə 300 manat iştirak haqqı ödəməlidir.

İddiaçılar tender təkliflərini avqustun 15-dən oktyabrın 11-dək təqdim etməlidir. Təkliflər zərflərinin açılma prosedurası oktyabrın 12-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR