Baş prokuror vətəndaşları online rejimində qəbul edəcək

Baş prokuror vətəndaşları online rejimində qəbul edəcək
# 07 may 2015 14:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon Prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR