Azərbaycan XİN rəhbəri Fransa Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidentini qəbul edib

Azərbaycan XİN rəhbəri Fransa Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidentini qəbul edib
# 27 aprel 2015 16:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə R. Çukerman Azərbaycanın sürətli inkişafının böyük təəssüratlar doğurduğunu bildirib, habelə Azərbaycan xalqının zəngin mədəniyyətlərarası və dinlərarası dialoq təcrübəsinin dünya üçün nümunə olduğunu vurğulayıb.

E. Məmmədyarov isə Azərbaycanın milli təcrübə əsasında beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfədən danışaraq, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR