Yanvar ayında Azərbaycanda əmək haqqı 4% artıb

Yanvar ayında Azərbaycanda əmək haqqı 4% artıb
# 13 mart 2015 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3% artaraq 444,4 manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə. əmək haqqı neft sektorunda 1769,5 manat, qeyri-neft sektorunda 411,3 manat, dövlət bölməsində 348,7 manat, özəl bölmədə 578,5 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR