Nazir: “Bu gün özəl sektorda elmli və savadlı kadrlara böyük ehtiyacı var”

Nazir: “Bu gün özəl sektorda elmli və savadlı kadrlara böyük ehtiyacı var”
# 10 noyabr 2014 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında imzalanan əməkdaşlıq protokoluna əsasən bir sıra elmi əməkdaşlıqlar aparılır. Bu əməkdaşlıq elmin müxtəlif sahələrini əhatə edir”.


APA-Economics”in xəbərinə görə, bunu bu gün “Bakı Elm Festivalı-2014”-ün açılış mərasimində çıxış edən Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.


Onun sözlərinə görə, bütün bunlar görülən çox kiçik işlərdir: “Elm çox böyük və əhəmiyyətli sahədir. Bu gün özəl sektorun elmin inkişafına böyük ehtiyacı var, nəinki elmin özəl sektora inkişafı. Bu gün özəl sektorda elmli və savadlı kadrlara böyük ehtiyacı var”.

Nazir bildirib ki, dünyada gündəlik olaraq trilyonlarla dollar elmə xərclənir. Bunun da çox böyük hissəsi özəl sektora sərf edilir: “Bu gün Azərbaycan dövləti elmin inkişafına olduqca böyük vəsait xərcləyir, innovativ sahibkarlığın inkişafına diqqət yetirir. Bunun üçün də bilik, şərait və kapital olmalıdır ki, buna da dövlətimiz böyük əhəmiyyət verir”.


Ə.Abbasov bu sahədə RYTN və AMEA-nın birgə yaratdıqları texnoparklardan danışıb: “Bu gün bu sahədə bizim əldə etdiyimiz nailiyyətlər bizi tam qane etmir. Amma “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyasına uyğun olaraq biz bu işləri tam olaraq həyata keçirəcəyik. Ölkədə elmin inkişafına və elmin populyarlaşdırılması, cəmiyyətdə tanınması üçün çox böyük işlər görülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR