Azərbaycanda bəzi təhsil və səhiyyə xərclərinin dövlət tərəfindən ödənilməsi təklif olunur

Azərbaycanda bəzi təhsil və səhiyyə xərclərinin dövlət tərəfindən ödənilməsi təklif olunur
# 13 noyabr 2013 10:21 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva çıxış edib: «Gələn ilin dövlət büdcəsində I qrup əlillər üçün təhsil haqları təmənnasız olsa, yaxşı olar. Bu həm humanist bir addım olar. Güman edirəm ki, bu, büdcədən böyük vəsait tələb etməz».


Millət vəkili gələn il ipoteka kreditlərinin həcminin artırılmasını da xahiş edib: «Çox istərdim ki, növbəti illərin büdcəsində ipotekaya ayrılan xərclərin 40 mln. manat deyil, 50-60 mln. manat olsun. Bununla da daha çox insan mənzil problemini həll edər».


Q.Paşayeva dializ xəstələrinin probleminə də toxunub: «Dializ və böyrək xəstəlikləri olan insanların sayı ölkəmizdə çoxdur. Düşünürəm ki, hökumət böyrək köçürmə əməliyyatlarının xərclərini aradan qaldırsa və ya qiymətini azaltsa bir çox dializ və böyrək xəstəsi olan insanların problemini həll etmiş olar».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR