Bakıda mağazadan oğurluq edilib

Bakıda mağazadan oğurluq edilib
# 22 sentyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də İlqar Şahmuradova məxsus mağazadan 40 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlamış Bakı şəhər sakini Firdovsi Bağırov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR