"Silk Way Group" aviaparkını iki yeni laynerlə genişləndirmək niyyətindədir

"Silk Way Group" aviaparkını iki yeni laynerlə genişləndirmək niyyətindədir
# 06 oktyabr 2015 08:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının yük daşımaları sahəsində rolu günbəgün artır.

"APA-Economics"in xəbərinə görə, bunu "Silk Way Group"un direktoru Zaur Axundov bildirib.

Z. Axundov qeyd edib ki, onun rəhbərlik etdiyi şirkət aviaparkına 3 ədəd yeni "Boeing 747-8" tipli layneri daxil edib. "Gələcəkdə biz daha ikisini almaq niyyətindəyik. Təbii ki, 5 müasir laynerlə kifayətlənməyəcəyik, qarşıda daha bir neçə müasir laynerin alınmasını düşünürük".

Onun sözlərinə görə, Bakı artıq logistik mərkəzə çevrilib.

Yük daşımaları ilə məşğul olan şirkətlərin qarşısında duran əsas çağırışlardan danışan Z. Axundov bildirib ki, bazar iştirakçıları daşımalar zamanı xərclərin azaldılmasına nail olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR