Nazir: “Karyerlərin bərpası sahəsində ciddi problemlər və maliyyə mənbələri ilə bağlı suallar var”

Nazir: “Karyerlərin bərpası sahəsində ciddi problemlər və maliyyə mənbələri ilə bağlı suallar var”
# 21 noyabr 2013 10:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Hazırda Azərbaycanda daş karxanalarının bərpa olunması ilə bağlı yeni bir layihə mövcuddur. Bu layihəyə əsasən, Maliyyə Nazirliyi hesab edir ki, daş karxanalarının bərpa olunması karyer sahiblərinin öz hesabına həyata keçirilməlidir. Amma bu çətin məsələdir”. APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, hazırda yeni karyer sahiblərindən tələb olunur ki, işə başlamadan öncə ərazisini bərpa etsin. Daş karxanalarının çox tarixi və ənənəvi fəaliyyət növü olduğunu deyən nazir Bakının 90%-nin bu fəaliyyət nəticəsində tikildiyini vurğulayıb: “Hazırda bu sahədə ciddi problemlər və maliyyə mənbələri ilə bağlı suallar var. Onların fəaliyyəti hansısa formada bərpa olunmalıdır”.

Əhəng çöküntülərinin dənizlərin və gölməçələrin doldurulmasında istifadə edilməsinə gəlincə, nazir qeyd edib ki, karyerlərin əhəng çöküntülərinin dənizə axıdılması geniş miqyasda yox, ayrı-ayrı ərazilərdə olur: “Bu, sement istehsalı üçün əhəmiyyətli material olduğundan, onu sement zavodları təhvil alır. Belə bir məqamda inanmıram ki, həmin əhəng çöküntülərindən hansısa ərazini doldurmaq üçün geniş istifadə etsinlər. Sement zavodları işə düşəndən sonra onu qramla əldə edəcəklər ki, tullantılardan sement istehsalında istifadə edə bilsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR