Etirazçılar Kiyevin mərkəzindəki “Ukrayna Evi”ni ələ keçirməyə cəhd edirlər

Etirazçılar Kiyevin mərkəzindəki “Ukrayna Evi”ni ələ keçirməyə cəhd edirlər
# 26 yanvar 2014 02:35 (UTC +04:00)

Bakı-APA. Etirazçılar Kiyevin mərkəzindəki “Ukrayna Evi”ni ələ keçirməyə cəhd edirlər. Aksiya iştirakçıları binada xüsusi təyinatlıların olduğunu ehtimal edir. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, Avropa meydanında yerləşən bina yüzlərlə etirazçı tərəfindən əhatəyə alınıb, onlar qapıları qıraraq binaya daxil olmağa çalışırlar.

“Etirazçılar pəncərələri qıraraq içəri bir neçə pirotexniki raket atıblar. Binada olanlar etirazçıların üstünə yuxarıdan su tökürlər”, deyə məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR