Azərbaycanda avtomobillərdə yalnız qanunla müəyyən edilmiş hallarda texniki baxış zamanı qaydaları pozanlar cərimələnəcək

Azərbaycanda avtomobillərdə yalnız qanunla müəyyən edilmiş hallarda texniki baxış zamanı qaydaları pozanlar cərimələnəcək
# 24 sentyabr 2013 10:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda yalnız qanunla müəyyən edilmiş hallarda texniki baxışın keçirilməsində süründürməçiliyə yol verənlər və yaxud digər qanunsuz əməllər törədənlər cəzalandırılacaqlar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 154.2 maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, maddədə inzibati məsuliyyət yaradacaq hallar sırasına “texniki baxışın” sözlərindən əvvəl “qanunla müəyyən edilmiş hallarda” sözləri əlavə edilir.

Maddənin hazırkı qüvvədə olan variantı isə belədir: “Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə 150 manatdan 200 manatadək miqdarda cərimə edilir”.

Dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR