İSESCO-nun baş direktoru: “Azərbaycanda uşaqlar demək olar ki, əziyyət çəkmirlər, əsas problem Qarabağla bağlıdır”

İSESCO-nun baş direktoru: “Azərbaycanda uşaqlar demək olar ki, əziyyət çəkmirlər, əsas problem Qarabağla bağlıdır”
# 11 noyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “İslam dünyasında uşaq problemlərinin baxılmasına və müzakirə edilməsinə ehtiyac vardır. Bir çox ölkələr iqtisadi problemlərdən əziyyət çəkirlər. Bu sahədə bir çox dövlətlərdə uşaqlara qayğı istiqamətində işlər həyata keçirilməlidir”. APA-nın xəbərinə görə, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müharibələrlə və aclıqla üzləşən ölkələrdə uşaqlar üçün təhsil imkanları yoxdur. Onun sözlərinə görə, İSESCO-nun da əsas məqsədi gələcəkdə uşaqların rifahını təmin etmək, onların təhsil imkanlarını artırmaq üçün səy göstərməkdir.

İSESCO-nun baş direktoru uşaqların daha çox əziyyət çəkdiyi ölkələrin adlarını da açıqlayıb. O qeyd edib ki, uşaqların əziyyət çəkdiyi ölkələr hər zaman hesabatlarda qeyd edilib. Pakistan, Banqladeş, Misir, Nigeriya kimi ölkələrdə uşaqların əziyyət çəkdiyini deyən direktorun sözlərinə görə, buna da səbəb həmin ölkələrdə əhalinin çox olmasıdır.

Azərbaycanla bağlı vəziyyətə gəlincə, o vurğulayıb ki, Azərbaycan dövlətinin üzləşdiyi əsas problem Dağlıq Qarabağla bağlıdır: “Azərbaycanda uşaqlar demək olar ki, əziyyət çəkmirlər. Çünki, Azərbaycan dövləti onlara təhsili baxımından şərait yaradıb. Əsas problem işğal olunmuş Qarabağ ərazisi ilə bağlıdır. Azərbaycan dövlətinin çəkdiyi əziyyət, qarşılaşdığı problem Qarabağla bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR