Azərbaycanlı deputatlar Tacikistanda prezident seçkilərini müşahidə edəcəklər

Azərbaycanlı deputatlar Tacikistanda prezident seçkilərini müşahidə edəcəklər
# 02 noyabr 2013 10:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Azər Badamov MDB Parlament Assambleyasının və qurumun İcraiyyə Komitəsinin xətti ilə ölkədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün noyabrın 4-dən 8-dək Tacikistanda səfərdə olacaqlar.

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar ölkənin paytaxtı Düşənbə şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR