Tiflis beynəlxalq hava limanında Azərbaycan vətəndaşı saxlanılıb

Tiflis beynəlxalq hava limanında Azərbaycan vətəndaşı saxlanılıb
# 30 dekabr 2013 14:21 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 28-də Dubay-Tiflis reysi ilə Gürcüstan paytaxtına uçan Azərbaycan vətəndaşı F.G.-nin baqajında və əl yükündə axtarış zamanı gömrük bəyannaməsində qeyd olunmamış iki kamera, iki noutbuk və 27 mobil telefon aşkar edilib.

Malların ümumi dəyəri 18 805 dollar təşkil edib. Sonda aşkarlanan mal sənədləşdirilib və ölçü götürmək üçün Gürcüstan Maliyyə Nazirliyinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR