Azərbaycanda daha çox ehtiyac olan və tələbatın az olduğu peşə ixtisasları müəyyənləşib

Azərbaycanda daha çox ehtiyac olan və tələbatın az olduğu peşə ixtisasları müəyyənləşib
# 27 yanvar 2014 13:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi ötən iki il ərzində Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində daha çox ehtiyac olan və tələbatın az olduğu ixtisasları müəyyənləşdirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, ilk peşə-ixtisas təhsili müəssisələrində 2012-ci və 2013-cü illərdə informasiya-kommunikasiya texnologiyası, hesablama texnikasının təmiri və servis xidməti, mühasibat işi, kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət, avtomobillərin təmiri, sürücülük, tikiş istehsalatı, qaynaq (elektrik qaynağı və qaz qaynağı işləri), iaşə xidməti ixtisas qruplarına daha çox ehtiyac olub.

Bununla yanaşı, 2012-2013-cü tədris ilində şəkər istehsalı aparatı, süd və süd məhsulları, mobil telefonların təmiri ixtisas qruplarına tələbatın az olduğu müəyyən edilib. 2013-2014-cü dərs ilində isə çörək məmulatlarının hazırlanması, dispetçer (istehsalat-dispetçer) xidməti, arxiv işlərinə az ehtiyac olub.

Təhsil Nazirliyindən bildirilib ki, ilk peşə-ixtisas təhsilinin normativ-hüquqi bazasının yeniləşdirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR