Azərbaycana gətirilən CD, DVD, maqnetik kasetlər və disketlərin gömrük dəyərləndirilməsi qaydaları təsdiqlənib

Azərbaycana gətirilən CD, DVD, maqnetik kasetlər və disketlərin gömrük dəyərləndirilməsi qaydaları təsdiqlənib
# 08 yanvar 2014 08:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti məlumat daşıyıcısı vasitələrinin (kompakt disklər (CD-lər), maqnetik kasetlər, disketlər, DVD və s.) gömrük dəyərləndirilməsi Qaydalarını təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qaydaların məqsədləri üçün istifadə olunmuş məlumat daşıyıcısı vasitələrinə elektron inteqral sxemləri, yarımkeçiricilər, elektron inteqral sxemlərini və ya mexanizmlərini özündə birləşdirən əşyalar və ya cihazlar (kompüterlər, bərk disklər və s.), o cümlədən kinematoqrafiya və ya video yazıları (videokaset, DVD və ya lazer disklərdə filmlər, əyləncə verilişləri, kompakt diskdə video oyunları və ya musiqi yazıları və s.) daxil deyil.

İnformasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı tərkibində məlumat və ya təlimatlar yığımı olan idxal edilmiş məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərinin müəyyən olunması zamanı yalnız məlumat daşıyıcısı vasitəsinin öz qiyməti və ya dəyəri nəzərə alınacaq. Tərkibində məlumat və ya təlimatlar yığımı olan idxal olunmuş məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərləndirilməsi zamanı onun gömrük dəyərinə məlumat və ya təlimatlar yığımının qiyməti və ya dəyəri daxil edilmir. Bu məqsədlə sövdələşmə qiymətində məlumat və ya təlimatlar yığımının qiyməti və ya dəyəri məlumat daşıyıcısı vasitəsinin qiymətindən və ya dəyərindən fərqləndirilməli və ya ayrıca göstərilməlidir.

Gömrük orqanının tərkibində məlumat və ya təlimatlar yığımı olan məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ var. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. Bəyannaməçi məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi qərarla razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR