ABŞ Türkiyənin raket əleyhinə sistemlərin yaradılmasında Çinlə əməkdaşlıq edə biləcəyindən narahatdır

ABŞ Türkiyənin raket əleyhinə sistemlərin yaradılmasında Çinlə əməkdaşlıq edə biləcəyindən narahatdır
# 01 oktyabr 2013 02:52 (UTC +04:00)

Bakı-APA. ABŞ hökuməti Türkiyənin hava-hücumundan müdafiə sistemlərinin yaradılmasında Çinlə əməkdaşlıq etmək istəyindən narahatlığını rəsmi Ankaranın diqqətinə çatıdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.

“ABŞ Ankaranın NATO sistemlərinə uyğun olmayan raket əleyhinə sistemlərdən istifadə edə biləcəyindən narahatdır. Bununla bağlı Vaşinqton ən yüksək səviyyədə Türkiyəni məlumatlandırıb”, - deyə o vurğulayıb.

Bəzi mətbu orqanlarının məlumatlarına görə, Türkiyə Çin şirkəti ilə birgə müəssisə yaratmaq fikrindədir. Həmin şirkət İran, Suriya və Şimali Koreya ilə əməkdaşlığa görə Vaşinqtonun “qara siyahısı”na düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR