İrandan Azərbaycana narkotik maddə gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik maddə gətirilməsinin qarşısı alınıb
# 02 iyul 2013 11:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İrandan Azərbaycana narkotik maddə gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Fəthi Zəncirbulaği Murtəza Orucəli oğlu gömrük nəzarətindən keçərkən ona məxsus idman çantasına baxış zamanı oradan gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd plastmas qabda 15 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon məhlulu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 15 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,015 qram təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR