Şəkidə “Tarixin canlı səhifələri” adlı festival keçirilib - FOTOSESSİYA - VİDEO

Şəkidə “Tarixin canlı səhifələri” adlı festival keçirilib  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 may 2014 09:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Şəki şəhəri “Xan sarayı”nda MDB məkanında ilk dəfə olaraq tarixi rekonstruksiya formatında təşkil edilən "Tarixin canlı səhifələri" adlı Gənclər Festivalı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin həyata keçirdiyi festivalda nazir müavini İntiqam Babayev, Şəki şəhərinin icra başçısı Elxan Usubov və digər qonaqlar iştirak ediblər.

Festivalda çıxış edən İ. Babayev bildirib ki, tədbirin əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır.

Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə edib. Festivalın ilk hissəsində tamaşaçılar o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə tanış olub, orta əsr dövrünün eksponatları, duluzçuluq, papaqçılıq, təkəlduz, şəbəkə, dəmirçi və digər qədim sənətləri seyr etmək imkanı əldə ediblər.

Festivalın ikinci hissəsində Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliymiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavadxanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılıb.

Qeyd edək ki, festivalda 200 nəfərə yaxın iştirakçı olub.

Festival Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR