Azərbaycan Milli Məclis sədrinin İrana səfərinin tarixi açıqlanıb

Azərbaycan Milli Məclis sədrinin İrana səfərinin tarixi açıqlanıb
# 04 fevral 2014 16:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İranın «Fars» xəbər agentliyinə açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov bildirib.

Azərbaycan parlamentinin spikeri fevralın 14-dən 19-dək Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının iclasında iştirak edəcək.

Tehranda İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ramazanəli Sübhanifar ilə görüşdə səfir bildirib ki, O. Əsədov səfər çərçivəsində İran parlamentinin sədri Əli Laricani, o cümlədən iranlı millət vəkilləri və rəsmiləri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR