Bakıda Eksperimental Teatr Festivalı keçiriləcək

Bakıda Eksperimental Teatr Festivalı keçiriləcək
# 24 oktyabr 2013 16:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 28-dən noyabrın 6-dək “2+1” Eksperimental Teatr Festivalı keçiriləcək. Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadənin APA-ya verdiyi məlumata görə, festival ittifaqın təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur: “Festival ilk dəfə 2011-ci ildə keçirilib. Əsas məqsəd gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir. Festivalda səkkiz kollektiv doqquz tamaşa ilə iştirak edəcək, Tiflis Azərbaycan Dram Teatrı qonaq qismində dəvət olunacaq. Təqdim olunan tamaşaların qiymətləndirməsi aparılmayacaq. Sadəcə, Teatr Xadimləri İttifaqının idarə heyəti tamaşalara baxıb xüsusi diplomlar verəcək. Fərqlənən tamaşaları gələcəkdə beynəlxalq layihələrə təqdim edəcəyik”.

“2+1” Eksperimental Teatr Festivalına Gənc Tamaşaçılar Teatrının tamaşası ilə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR