Şuşadan olan məcburi köçkün həyat yoldaşını qətlə yetirib

Şuşadan olan məcburi köçkün həyat yoldaşını qətlə yetirib
# 22 oktyabr 2013 07:12 (UTC +04:00)

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Novxanı qəsəbəsində, Şəfəq pansionatında qeydə alınıb.

Şuşa şəhərindən olan məcburi köçkün, 1977-ci il təvəllüdlü Nəsib Qurban oğlu Hüseynov həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aygünü bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən N. Hüseynov tutulub. Qətlin motivi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR