Taekvondoçularımız Avropa birinciliyində 5 medal qazanıb

Taekvondoçularımız Avropa birinciliyində 5 medal qazanıb
# 30 sentyabr 2013 06:24 (UTC +04:00)

Bakı – APA. Portuqaliyanın Portu şəhərində keçirilən gənc taekvondoçuların XIX Avropa birinciliyi başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla qayıdıb.

Komandanın üzvlərindən Məhəmməd Məmmədov (55 kq) və Tapdıq Ələkbərovdan (68 kq) sonra Ayxan Tağızadə (63 kq) gümüş, Yusif Hüseynli (59 kq) və Elnur Məhərrəmov (+78 kq) bürünc medala layiq görülüblər. Millimiz komanda hesabında 43 ölkə arasında 4-cü yeri tutub.

Qeyd edək ki, yarışın ilk günü Məmmədov qızıl, Ələkbərov bürünc medala sevinmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR