Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclasları keçiriləcək

Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclasları keçiriləcək
# 19 may 2014 15:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Mayın 21-22-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, Hüquq məsələləri üzrə daimi komissiyalarının iclasları keçiriləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, iclaslarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Hacı Salayev və Rüstəm Xəlilov iştirak edəcəklər.

Tədbirlərdə “Əmək ehtiyatlarının miqrasiyası haqqında”, “Fövqəladə hallarda beynəlxalq yardım üzrə əməkdaşlıq, tənzimləmə və ilkin bərpa işlərinin aparılmasına kömək göstərilməsi haqqında”, “Rəqabətin müdafiəsi haqqında”, “Auditor fəaliyyəti haqqında”, “Konteyner daşımaları haqqında” və digər model qanun layihələri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR