Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 08 yanvar 2014 06:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,24 dollar və ya 0,2% artaraq 1 barelə görə 93,67 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 7-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,62 dollar və ya 0,6% artaraq 107,35 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR