Bakıda idman zalında yanğın olub

Bakıda idman zalında yanğın olub
# 12 dekabr 2013 04:13 (UTC +04:00)

Bakı-APA. Bakının Nəsimi rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 600 kv.m olan idman zalının 45 kv.m sauna tipli hamam otağının taxta konstruksiyadan ibarət üzlüyü və lambirdən ibarət tavanı 30 kv.m sahədə yanıb.

Bina yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR