Azərbaycan XİN Avropa Birliyi prezidentinin bəyanatını alqışlayıb

 Azərbaycan XİN Avropa Birliyi prezidentinin bəyanatını alqışlayıb
# 07 iyun 2013 08:10 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan XİN Avropa Birliyinin prezidenti Herman van Rompeyin Cənubi Qafqazdakı münaqişələrlə bağlı bəyanatını alqışlayıb. APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, Herman van Rompeyin Cənubi Qafqazda sabitliyin ərazi bütövlüyü və suverenliyə əsaslanması ilə bağlı sözləri göstərir ki, beynəlxalq ictimaiyyət XXI əsrdə sərhədlərin güc yolu ilə dəyişdirilməsinə qarşıdır və ərazi bütövlüyünü dəstəkləyir: “Bu, bir daha Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətin mövqeyi ilə üst-üstə düşdüyünün isbatıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR