Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər
# 01 iyul 2013 07:12 (UTC +04:00)

Bakı-APA. Azərbaycan hərbçiləri NATO ilə Azərbaycan arasında imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında keçirilən tədbirlərdə iştirak edəcəklər.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yay dağ təlimi üzrə təkmilləşdirmə kursu 1-12 iyul tarixlərində Andermat (İsveçrə) şəhərində keçiriləcək.

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən, bu gün Bakıda Müdafiə sahəsində ikitərəfli məsləhətləşmələr konfransı başlayır. Tədbir iyulun 7-dək davam edəcək.

Bu gün Vışkovda (Çex Respublikası) Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Əməliyyat atıcılıq kursu da başlayır.

Sabah isə Vilnüsdə “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti Tərəfdaşlığını irəli aparmaq: Şərq Tərəfdaşlığı” seminarı start götürəcək.

İyulun 7-də Bakıda NATO Dəstək Agentliyi tərəfindən məlumatlandırma seminarı işə başlayacaq.

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 8-12 iyul tarixlərində Beynəlxalq CAX (Kompüter Dəstəkli Təlim) seminarı isə Vildflekkendə (AFR) keçiriləcək.

Bundan başqa, 8-12 iyulda Marmarisdə (Türkiyə) Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi kursu, 8-26 iyulda isə Vışkov (Çex Respublikası) Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Komanda və Qərargah kursu baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR