Bakı Ali Neft Məktəbində neft-qaz hasilatı məsələlərinə həsr olunmuş beynəlxalq seminar keçirilir - FOTO

Bakı Ali Neft Məktəbində neft-qaz hasilatı məsələlərinə həsr olunmuş beynəlxalq seminar keçirilir - <span style="color: red;">FOTO
# 18 iyun 2014 07:53 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbində (BANM) neft-qaz hasilatı məsələlərinə həsr olunmuş beynəlxalq seminar işə başlayıb.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, “Yataqların işlənməsinin quruda və dənizdə karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov seminarın Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital” şirkəti ilə birgə təşkil olunduğunu bildirib və məqsədin Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, həmçinin dəniz və quruda karbohidrogen ehtiyatlarının hasilatı sahələrində əldə etdiyi təcrübəni xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssisləri arasında yayılması olduğunu deyib.

E.Qasımov seminar iştirakçılarının sırasında bir sıra ölkələrdən gəlmiş mütəxəssislərin olduğunu qeyd edib, 3 gün ərzində seminar iştirakçılarına Bakı Ali Neft Məktəbi, “Schlumberger”, “Halliburton”, “Statoil” və TIORCO şirkətlərinin mütəxəssisləri tərəfindən tədbirin mövzusuna aid çoxsaylı məruzələr təqdim olunacağını və iştirakçıların dəniz neft mədənlərinə səfərlərinin təşkil ediləcəyini bildirib.

Azərbaycanın zəngin neft-qaz hasilatı tarixindən danışan ARDNŞ-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirin BANM-də təşkil edilməsinin təqdirəlayiq olduğunu, ARDNŞ-ın bu cür tədbirlərə həmişə dəstək verəcəyini söyləyib, belə tədbirlərin ölkələr və mütəxəssislər arasında təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

İyunun 17-19-da seminar iştirakçılarına neft-qaz yataqlarının parametrlərinin ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftvermənin artırılması üsulları, hasilat texnologiyaları və s. mövzularda mühazirələr təqdim ediləcək. İyunun 20-də seminar iştirakçıları üçün “Neft daşları” neftqazçıxarma idarəsinin mədənlərinə səfərlər təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR