Bakı – APA. Dominikan Respublikasının cənubi-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Haiti adasından 40 km aralıda, ocağı isə 91 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.