Ukrayna Ali Radası hökumətə etimadsızlıq barədə qərar layihəsini qəbul etməyib - FOTOSESSİYA

Ukrayna Ali Radası hökumətə etimadsızlıq barədə qərar layihəsini qəbul etməyib - <span style="color: red;">FOTOSESSİYA
# 03 dekabr 2013 12:41 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, səsvermə zamanı Nazirlər Kabinetinə etimadsızlıq göstərilməsi barədə qərar layihəsinin lehinə 186 deputat səs verib. Qərarın qəbulu üçün azı 226 səs tələb olunduğundan layihə keçməyib.

Səsvermənin nəticələri açıqlandıqdan sonra müxalifətçi deputatlar kürsünü və Rəyasət Heyətini mühasirəyə alıblar. Sədr Vladimir Rıbak fasilə elan edib.

Parlamentin bu qərarından sonra ölkədə vəziyyətin daha da gərginləşməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR