Bərdə rayonunda iki yanğın hadisəsi olub

Bərdə rayonunda iki yanğın hadisəsi olub
# 24 oktyabr 2013 03:46 (UTC +04:00)

Bakı-APA. Bərdə rayonunda yanğın hadisəsi olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 11 km aralıda yerləşən Çəmənli kəndində baş verib. Hadisə nəticəsində vətəndaşa məxsus ümumu sahəsi 84 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və damına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi sözügedən rayonun Kafarlı kəndində qeydə alınıb. Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin tavanı 14 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR