AŞ PA Monitorinq Komitəsində Ukrayna və Rusiyadakı son siyasi hadisələr müzakirə olunacaq

AŞ PA Monitorinq Komitəsində Ukrayna və Rusiyadakı son siyasi hadisələr müzakirə olunacaq
# 15 may 2014 08:06 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə gedir.

MM-dən APA-ya verilən məlumata görə, iclasda Gürcüstan və Albaniya tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Ukrayna və Rusiyadakı son siyasi hadisələr, Makedoniya ilə monitorinq sonrası dialoq, AŞPA-nın monitorinq prosedurunun təkmilləşdirilməsi perspektivləri və digər mövzularda müzakirələr aparılacaq.

S. Seyidov iclasda çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcək. Səfər mayın 18-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR