Səlim Müslümov: “Azərbaycanda əlillərin mövcud problemlərini həll etmək üçün lazımi tədbirlər görüləcək” - VİDEO

Səlim Müslümov: “Azərbaycanda əlillərin mövcud problemlərini həll etmək üçün lazımi tədbirlər görüləcək” - <span style="color: red;">VİDEO
# 03 dekabr 2013 12:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bir neçə gün öncə əlillərin nazirliyə ünvanlanan məktubunu aldım. Bu məktubda əlillərin cəmiyyətdə rahat yaşaya bilməsi üçün bəzi məsələlər qaldırılıb. Buna uyğun olaraq nazirlik tərəfindən bəzi tədbirləri görüləcək”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, Azərbaycan cəmiyyətində əlillərin rahat yaşayışını təmin etmək və mövcud problemləri həll etmək üçün lazımi tədbirlər görüləcək. Nazirin sözlərinə görə, bilavasitə nazirlikdən asılı olmayan tədbirləri isə müvafiq icra hakimiyyəti orqanları ilə sıx və qarşılıqlı təmas nəticəsində yerinə yetirmək mümkün olacaq: “Nəqliyyat vasitələrində əlillərin hərəkəti ilə bağlı əlillərin problemlərinin aradan qaldırılması, hündür mərtəbəli evlərdə əlillərin yuxarı mərtəbələrdə rahat hərəkət etməsi üçün lazım olan pandusların qoyulması, liftlərdə xüsusi şəraitin qoyulması və digər məsələlər əlillərin müraciətində öz əksini tapıb. Biz də onları hazırda diqqətlə araşdırırıq. Bütün işləri yekunlaşdırdıqdan sonra lazımi tədbirlərin görülməsi üçün dövlət tərəfindən vəsaitin ayrılması üçün məsələ qaldıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR