Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf yenidən həbs olunub

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf yenidən həbs olunub
# 10 oktyabr 2013 22:54 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, oktyabrın 9-da Pakistanın Ali məhkəməsi 2006-cı ildə Belucistan əyalətinin millətçilərinin lideri Əkbər Buqtinin qətlində təqsirlənən Pərviz Müşərrəfi girov müqabilində azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. Qeyd edək ki, Pərviz Müşərrəfin üzrəindən bundan əvvəl təqsirli bilindiyi digər iki iş üzrə ev dustaqlığı qəti-imkan tədbiri götürülmüşdür.

Ötən gün Müşərrəfin müdafiəsi keçmiş prezidentin müəyyən formallıqlardan sonra ölkəni tərk edə biləcəyini bəyan edib. Lakin hakimiyyət elə həmin gün generalın yenidən həbs olunması barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR