Azərbaycanın səfiri Tacikistan hökuməti yanında Rabitə Xidmətinin rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanın səfiri Tacikistan hökuməti yanında Rabitə Xidmətinin rəhbəri ilə görüşüb  - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 16:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu gün Tacikistan Respublikası Hökuməti yanında Rabitə Xidmətinin rəhbəri Beq Zuhurovla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkənin rəhbəri arasında sıx dostluq əlaqələrinin mövcud olduğu qeyd edilib, birbaşa hava əlaqəsinin olmamasının isə münasibətlərin dərinləşdirilməsinə maneə olduğu bildirilib.

Rabitə sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu vurğulanan görüşdə səfir “Azerspace” peykinin imkanlarından və Azərbaycanın internet xidmətlərindən istifadəni Tacikistan tərəfinə təklif olaraq irəli sürüb.

A. Həsənov regional layihələr olan Orta Asiya və Avropanı Qafqazdan keçməklə birləşdirəcək dəmiryolu layihələrinin çəkilməsindən sonra xalqlarımız arasında tarixən formalaşmış dostluq və mədəni əlaqələrin iqtisadi sahədə hər iki xalqın mənafeyinə uyğun olaraq daha da inkişaf edəcəyini bildirib.

Öz növbəsində, Azərbaycanda bir neçə dəfə olduğunu qeyd edən B. Zuhurov bu il dekabrın 2-də Bakıda keçiriləcək “Kibertəhlükəsizlik sahəsində qlobal əməkdaşlıq: problemlər və onların həlli yolları” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana növbəti dəfə səfər edəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR