Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 2 şəxs xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 2 şəxs xilas olunub
# 24 aprel 2014 02:50 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 04:47-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR