Aytən Mustafayeva: “Azərbaycanda miqrantlarla bağlı həll edilməmiş bəzi məsələlər var”

Aytən Mustafayeva: “Azərbaycanda miqrantlarla bağlı həll edilməmiş bəzi məsələlər var”
# 10 aprel 2014 09:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda dövlət rəhbərliyi, prezident tərəfindən miqrantların problemə çox böyük diqqət yetirilir. Lakin hələ həll edilməmiş bəzi məsələlər var ki, onlar müzakirə edilərək çıxış yolu tapılmalıdır”.

APA-nın xəbərinə görə, bunu Bakıda "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda miqrantların problemləri, eləcə də azərbaycanlı emiqrantların xaricdə hüquqlarının qorunması məsələləri çox vacibdir. Onların üzərində düşünməyin lazımlı olduğunu deyən A.Mustafayeva qeyd edib ki, bu istiqamətdə hələ də bəzi boşluqlar var və bunları həll etmək üçün beynəlxalq təşkilatlarla işləmək lazımdır: “Azərbaycan tranzit ölkə kimi tranzit miqrantların problemləri ilə üzləşir. Qeyri-leqal miqrasiya bütün ölkələrdə var. Miqrantların Azərbaycana gəlişi ilə bağlı üzləşdiyi problemlər qalmaqdadır. Bu, qeydiyyatla bağlı üzləşdiyi problemlər, kvotalar və digərləridir".

Millət vəkili qeyd edib ki, Azərbaycan son zamanlar işçi yerləri təqdim edən ölkə kimi xaricilər üçün maraqlı ölkəyə çevrilib: “Müxtəlif ölkələrdə müharibələr, hansısa problemlər, təbii fəlakətlər olur. Buna görə də miqrantların hüquqlarının qorunması hər bir ölkə üçün vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR