Bakıda keçirilən Sınaq Qiymətləndirmədə 29 minə qədər müəllim imtahan verib

Bakıda keçirilən Sınaq Qiymətləndirmədə 29 minə qədər müəllim imtahan verib
# 16 iyun 2014 09:42 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, 30 mərkəzdə təşkil olunan mərkəzlərdə Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 minə qədər müəllim iştirak edib. Bu da paytaxtda çalışan müəllimlərin ümumi kontingentin 95%-dən çoxunu təşkil edib.


Hazırda cavab kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini təhsil idarəsinin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər. Nəticələr bu həftə ərzində açıqlanacaq.

Sınaq Qiymətləndirmədə istifadə edilmiş suallar və düzgün cavabların da BŞTİ-nin və FB səhifədə yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Sınaq Qiymətləndirilmə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilib. Beləliklə, 4 gün ərzində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılıb. Sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR