Aleksandr Turçinov: “Ukrayna Ordusu vətəni qorumağa qadirdir”

Aleksandr Turçinov: “Ukrayna Ordusu vətəni qorumağa qadirdir”
# 15 mart 2014 10:46 (UTC +04:00)

Ukrayna prezident administrasiyasından APA-ya göndərilən məlumata görə, bu fikirləri quru qoşunların kompleks taktiki təlimlərini izləyən Ukrayna Ali Radasının sədri, prezident vəzifələrini icra edən Aleksandr Turçinov deyib.

O qeyd edib ki, Rusiyanın qoşunlarını Krıma yeritməsi və sərhəd boyu silahlı qüvvələr cəmləşdirməsi səbəbindən Ukrayna ordusu hazırlıq vəziyyətinə gətirilib: “İqtisadi problemlərə baxmayaraq, Ukrayna Nazirlər Kabineti əldə olan bütün imkanlardan istifadə edəcək ki, ordunu təmin etsin və ölkəni qorusun. Çətin şəraitdə öz borcunu yerinə yetirən və ölkəmizi qorumağa hazır olan hərbiçilərə təşəkkür edirəm. Orduda böyük ruh yüksəkliyi müşahidə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR