Qorxmaz Hüseynov: “Bakıda və onun qəsəbələrində 1 mln. 485 min insan sutkada 24 saat fasiləsiz su ilə təchiz olunur”

Qorxmaz Hüseynov: “Bakıda və onun qəsəbələrində 1 mln. 485 min insan sutkada 24 saat fasiləsiz su ilə təchiz olunur”
# 24 sentyabr 2013 12:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində son 10 ildə 4280 km uzunluğunda içməli su xətti çəkilib, 36 suqəbuledici qurğu, 164 su anbarı, 74 su nasos stansiyası tikilib, 175 artezian və subartezian quyuları qazılaraq istismara verilib.

APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb: “2003-2013-cü illərdə 1490 km uzunluğunda kanalizasiya xətləri çəkilib, 3 çirkab sutəmizləyici qurğu tikilib, daha 3 qurğu təmir edilib, 20 kanalizasiya nasos stansiyası inşa edilib. Bütün bunlar kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşmasına səbəb olub”.

ASC sədri bildirib ki, ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2,8 mlrd. manatdan çox vəsait ayrılıb: “Bunun 1,8 mlrd-ı dövlət büdcəsinin, 779 mln. manatı Dövlət Neft Fondunun, 196 mln. manatı isə xarici maliyyə qurumlarının payına düşür”.

Q.Hüseynov vurğulayıb ki, 10 il əvvəl Bakı şəhərində 1,560 mln. sakin mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdusa, indi bu rəqəm 2, 366 mln. nəfər təşkil edir: “Bu özünü istehlak olunan suyun həcmində də göstərir. Belə ki, əgər 2003-cü ildə Bakı şəhəri və Abşeron yarımadasına müxtəlif mənbələrdən 564 mln. kubmetr su verilirdisə, 2012-cü ildə bu göstərici 23% artaraq 696 mln. kubmetrə yüksəlib. 2011-2013-cü illər ərzində Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilmiş layihələr nəticəsində daimi içməli su alanların sayı 600 min nəfər artıb. Ən son məlumatlara görə, Bakı şəhəri və onun qəsəbələrində 1 mln 485 min insan sutkada 24 saat fasiləsiz su ilə təchiz olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR