Azərbaycan Yazıçılar Birliyi “Ən qısa şeir” müsabiqəsi keçirir

Azərbaycan Yazıçılar Birliyi “Ən qısa şeir” müsabiqəsi keçirir
# 07 yanvar 2014 11:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyi “Ən qısa şeir” müsabiqəsinə start verib.

Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, müsabiqə bir neçə gündür başlamasına baxmayaraq, yüzə yaxın şeir göndərilib: “Fevralın əvvəllərində Yazıçılar Birliyinin “Natəvan” klubunda tədbir keçirəcəyik və qalib gələn müəlliflər birliyin diplomu və pul mükafatı, yaxud qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar”.

Müsabiqənin münsiflər heyəti və şərtlərinin elan olunmamasına münasibət bildirən X.Rza əlavə edib ki, yaxın vaxtlarda münsiflər heyətinin adı açıqlanacaq: “Münsiflərin adları dəqiqləşmədiyi üçün hələlik ad açıqlamaqda çətinlik çəkirəm. Amma onlar Azərbaycanın tanınmış söz adamları olacaqlar və obyektivliklərinə heç kimin şübhəsi olmayacaq. Münsiflər Yazıçılar Birliyinin strukturunda çalışan müəlliflər və kənardan dəvət olunan qələm sahibləri olacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR