Azərbaycanın “Eurovision 2014” təmsilçisi Macarıstanda səfərdədir - FOTOSESSİYA

Azərbaycanın “Eurovision 2014” təmsilçisi Macarıstanda səfərdədir  - <span style="color: red;">FOTOSESSİYA
# 24 aprel 2014 07:26 (UTC +04:00)

Bakı-APA. Azərbaycanı “Eurovision 2014” mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova Macarıstanda səfərdədir.

APA-nın məlumatına görə, Macarıstan təmsilçisi Andraş Kallay-Sonders Dilarə Kazımovanın Budapeştə gəlişinə hədiyyə hazırlayıb.

O, Azərbaycan təmsilçisinin mahnısını özünəməxsus interpretasiyada ifa edib və bununla Dilarən Kazımovanı heyrətləndirib: “Eşitdiklərimə inana bilmirdim. Mənim mahnımın kaver-versiyasını hazırlamaq onun tərəfindən çox gözəl hərəkətdir. O, bunun öhdəsindən uğurla gələ bilib. Bu mənim mahnımın ən yaxşı kişi ifasıdır”.

Budapeştlə tanış olduqdan sonra Dilarə Kazımova və Andraş Koppenhagendə “Eurovision 2014” çərçivəsində keçiriləcək gecələrin birində duet oxumağa razılaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR