BDU-da Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir - FOTO

BDU-da Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir - <span style="color: red;">FOTO
# 25 noyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransı açan universitetin rektoru, akademik Abel Məhərrəmov Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında prezident İlham Əliyevin 14 fevral 2013-cü il tarixli sərəncamından danışıb: "1863-cü ildə Şuşada dünyaya gələn Firudin bəy Köçərli Şuşadakı rus məktəbini və Qori Müəllimlər Seminariyasını bitirib. Bir müddət İrəvan Gimnaziyasında dərs dedikdən sonra Qori Seminariyasının Azərbaycan şöbəsində çalışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Qori Seminariyasının Azərbaycan bölməsinin bütün sənədlərini ölkəmizə gətirib və elə həmin ilin payızında Qazax Müəllimlər Seminariyasını təşkil edib".

Rektor onu da əlavə edib ki, Qazax Müəllimlər Seminariyası sonradan Azərbaycanda yeni ziyalılar nəslinin yetişməsində böyük rol oynayıb: "Azərbaycan xalqı üçün əvəzsiz xidmətləri olan Firudin bəy Köçərli Sovet dövründə ilk həbs olunan ziyalılarımızdan olub. Görkəmli maarifçi 1920-ci ildə bolşeviklər tərəfindən siyasi ittihamlarla qətlə yetirilsə də, onum yaradıcılığı və əməlləri Azərbaycan elminin, maarifinin və təhsilinin yaddaşına əbədi iz salıb".

A.Məhərrəmov bildirib ki, Firudin bəy Köçərlinin yaradıcılığı üç istiqaməti əhatə edib: "O Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında böyük əmək sərf edib, ədəbiyyatımızın tarixi və müasir məsələləri ilə bağlı tədqiqatlar aparıb, Azərbaycanda milli təhsilin formalaşmasında əvəzsiz xidmət göstərib".

Daha sonra "Firudin bəy Köçərli" haqda film nümayiş etdirilib.

Filmin nümayişindən sonra "Firudin bəy Köçərli: alim və maarifçi kimi" adlı məruzə ilə filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev çıxış edib.

Qeyd edək ki, iki gün davam edəcək konfrans "Firudin bəy Köçərli", "Dilçilik" və "Tarix" bölmələrində davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR